OCAQ SPORT KLUBU – AİLƏNİZİN İDMAN OCAĞI

5 aprel

“Ocaq Sport” Klubunun üzgüçülük üzrə 1-ci Açıq Çempionatı

Yarış haqqında

“Ocaq Sport” Klubunun üzgüçülük üzrə 1-ci Açıq Çempionatı keçirildi


5 aprel 2025-ci il tarixində “Ocaq Sport” klubunun təşkilatçılığı ilə klub tarixində önəmli yer tutacaq tədbir həyata keçirildi – üzgüçülük idman növü üzrə 1-ci Açıq Çempionat uğurla baş tutdu.


Yarışda “Ocaq Sport” Klubu ilə yanaşı Su İdman SarayıTrikids1st FitnessFS ClubQarabağ WPSumqayıt və Aquastar klublarını təmsil edən ümumilikdə 150 idmançı müxtəlif yaş kateqoriyalarında bacarıqlarını sınadı.


Çempionatla yanaşı, tədbir çərçivəsində müxtəlif yaş qruplarına uyğun estafet yarışları da təşkil olundu. Bu yarışlar uşaqların komanda ruhunu gücləndirdi, əyləncəli və rəngarəng anlarla yadda qaldı.


Bütün iştirakçılar arasında sağlam rəqabət və əsl idman ruhu hökm sürürdü. Yarışın sonunda fərqlənən idmançılar diplom və medallarla mükafatlandırıldı.


“Ocaq Sport” Klubu olaraq bu tip yarışların mütəmadi keçirilməsi planlaşdırılır. Məqsədimiz üzgüçülük idman növünə marağın artırılması, klublararası əməkdaşlığın genişləndirilməsi və gənc istedadların üzə çıxarılmasıdır.

  • 5 aprel
  • Ocaq Swimming
  • 0105332013