OCAQ SPORT KLUBU – AİLƏNİZİN İDMAN OCAĞI

Haqqımızda

Haqqımızda

2013-cü ildə fəaliyyətə başlayan “Ocaq Sport” Klubunda ümumilikdə gimnastikanın 11 növü üzrə (bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, “TeamGym”, parkur, gimnastika hamı üçün, hava gimnastikası və xüsusi olimpiya üzrə gimnastika) minə yaxın idmançı məşq edir.

“Ocaq Sport” Klubu 4-6 yaşlı uşaqların gimnastikanın bütün növləri üzrə məşqlərini təşkil edir. Məşqlər, peşəkar məşqçilərimiz tərəfindən ödənişli əsaslarla keçirilir.

Klubumuzun məqsədi gimnastika növlərini inkişaf və təbliğ etdirmək, yığma komandalar üçün yüksək səviyyəli idmançılar hazırlamaqdan ibarətdir.

2023-cü ilin dekabr ayından etibarən “Ocaq Sport” Klubu olaraq üzgüçülük, fiqurlu konkisürmə və xokkey idman növləri üzrə məşqlərə start verdik və 2024-cü il ərzində də bu idman növlərini inkişaf etməyi planlaşdırırıq. 2024-cü ilin əvvələrindən yeni idman növlərini də bünyəsinə qatmışdır. Artıq biz su idman növləri ( üzgüçülük, su polosu, suya tullanma, bədii üzgüçülük), qış idman növləri üzrə (fiqurlu konkisürmə, buz üstündə hokkey və körlinq), döyüş idman növləri üzrə (taekvondo və cüdo) və şahmat idman növü üzrə fəaliyyət göstəririk.

Bu yeni sahələr, klubumuzun idman təklifini daha da genişləndirərək, üzvlərimizə və idmançılarımıza müxtəlif maraq və bacarıqlarını inkişaf etdirmək üçün daha çox imkanlar təqdim edir.

Rəhbərlik və işçi heyəti

Bölmələr

“OCAQ SPORT” KLUBUNUN XIRDALAN BÖLMƏSİ

Bədii gimnastika, Gimnastika hamı üçün, Üzgüçülük, Şahmat, Cüdo, Stolüstü tenis

Ocaq Swimming

Ocaq Swimming

“Ocaq Sport” Klubunun Heydər Əliyev adına İdman-Konsert Kompleksi bölməsi

Bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, aerobika gimnastikası, “team gym”, gimnastika hamı üçün, hava gimnastikası, xüsüsi uşaqlar üçün gimnastika

  • Heydər Əliyev adına İdman-Konsert Kompleksi Bakı şəhəri, Abbas Səhhət küçəsi 2, AZ1078
  • +99410 433 20 13

“Ocaq Sport” Klubunun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bölməsi

Kişi idman gimnastikası, akrobatika gimnastikası və gimnastika hamı üçün

  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) Bakı şəhəri, Fətəli xan Xoyski prospekti 98, AZ1072
  • +99410 533 20 13

“Ocaq Sport” Klubunun Gənclik bölməsi

Bədii gimnastika, batut gimnastikası, aerobika gimnastikası və gimnastika hamı üçün

  • Bakı Olimpiya İdman Kompleksi Bakı şəhəri, Olimpiya küçəsi 13, AZ1110
  • +99410 533 20 13