03 iyun 2025
“Ocaq Sport” klubunun keçirdiyi bədii bimnastika üzrə açıq birinciliyi uşaqlar üçünunudulmaz idman bayramına çevrildi
“Ocaq Sport” klubu tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunaraq təşkil edilən bədii gimnastika üzrə açıq birinciliyi 29–30 may tarixlərində Bakı Olimpiya İdman Kompleksində baş tutdu və böyük maraqla qarşılandı. İki gün ərzində keçirilən yarış həm iştirakçılar, həm də tamaşaçılar üçün yaddaqalan idman bayramına çevrildi.
Turnir 29 may saat 10:45-də rəsmi açılış mərasimi ilə start götürdü və 30 may saat 17:30-da mükafatlandırılma mərasimi ilə yekunlaşdı. Yarışda 8 müxtəlif klubdan 160 gimnast iştirak etdi və fərdi çıxışlar, qrup hərəkətləri, yaş kateqoriyalarına görə bölünmüş proqramla təqdim olundu.
Yarış zamanı yüksək artistik bacarıqlar nümayiş olundu, qaliblər medallar və diplomlarla təltif edildi. Tamaşaçılar estetik çıxışların və rəngarəng proqramın şahidi oldular. “Ocaq Sport” klubu uşaqlara idmanı sevdirmək və onların inkişafına dəstək olmaq istiqamətində növbəti uğurlu addım atdı.