Ocaq Sport Klubu
“Ocaq Sport” Klubu paytaxt Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində bölmələri olan idman ocağıdır. Klubun yaradılmasında məqsəd hər kəsə gimnastika ilə məşğul olmaq imkanı yaratmaqdır. Bugünkü gündə 200-dən çox valideyn öz övladını məhz bizə etibar edir. Hazırda klubda müxtəlif yarışların qalibləri, idman ustaları, bir sözlə, yüksək səviyyəli peşəkar mütəxəssislər fəaliyyət göstərir. “Ocaq Sport” Klubunda məşq edən hər bir uşaq başlanğıc səviyyədən peşəkar səviyyəyə qədər yol qət edir. Biz, idmana ömürlük sevgi yaratmaqla, həm də sağlamlığınızı qorumağa və möhkəmləndirməyə kömək edirik.
Gözəl bədən quruluşunun formalaşması
Gimnastika ilə məşğul olmaq həyat üçün zəruri olan bacarıq və vərdişləri aşılayır. Bu növlə məşğul olan uşaqlar həmyaşıdlarından elastikliyi, qaməti və gözəl bədən quruluşu ilə fərqlənirlər. Gündəlik fiziki hərəkətlər onurğa sütununun və düzgün yerişin formalaşmasına səbəb olur.
Komandada işləmək bacarığı aşılayırıq
Klubda ilk məşqlərdən uşaqlara komandada işləmək bacarığı öyrədilir. Sirr deyil ki, komandada işləmək bacarığı olmadan ətraf mühitə uyğunlaşma, insanlarla ünsiyyət qurma bacarığının formalaşması, eləcə də gələcəkdə iş həyatında uğur qazanmaq elə də asan deyil.
Xarakteri formalaşdırırıq
Burada məşq etməklə uşaqlar səbr, iradə, məsuliyyət, məqsədyönlülük və nizam-intizam kimi keyfiyyətlərə sahib olurlar. Onlarda müstəqil düşünmə qabiliyyəti ilə yanaşı, öz bilik və bacarıqlarına inam artır.r. Bu məşqlər immun sistemini gücləndirir, səmərəliliyi və stresə qarşı müqaviməti artırır.
Sağlamlığınızı möhkəmləndirməyə kömək edirik
Gimnastika məşqləri bütün əzələ qrupları və daxili orqanlar üçün çox faydalıdır. Bu məşqlər immun sistemini gücləndirir, səmərəliliyi və stresə qarşı müqaviməti artırır.