Olimpiya növü
Qadın idman gimnastikası 4 alət üzərində (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, xalça üzərində sərbəst hərəkətlər) çıxışların nümayiş olunduğu bir idman növüdür.Gimnastlar irimiqyaslı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında fərdi çoxnövçülük, ayrı-ayrı alətlər üzrə finallar və komanda hesabında qüvvələrini sınayırlar.
Qadın idman gimnastları güc, ustalıq, artistizm, elastiklik tələb edən tarazlıq, mayallaq aşma, fırlanma və salto elementlərini xüsusi zərifliklə mükəmməl icra edirlər. Sərbəst hərəkətlərin musiqi müşayiəti ilə icra olunması çıxışları daha da baxımlı edir.
Bütün yarışlarda gimnastların yerinə yetirdikləri hərəkətlər dinamika, idmançının alətdən aralanması, sıçrayış hündürlüyü və məsafə meyarları nəzərə alınmaqla, çətinlik və icra üzrə qiymətləndirilir.
Qadın idman gimnastikasının gözəlliyi zəriflik, cəsarət və gücün tam harmoniyasını əks etdirməsindədir.
Bədii gimnastika, Gimnastika hamı üçün, Üzgüçülük, Şahmat, Cüdo, Stolüstü tenis
Bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, aerobika gimnastikası, “team gym”, gimnastika hamı üçün, hava gimnastikası, xüsüsi uşaqlar üçün gimnastika
Kişi idman gimnastikası, akrobatika gimnastikası və gimnastika hamı üçün
Bədii gimnastika, batut gimnastikası, aerobika gimnastikası və gimnastika hamı üçün