1st Bosphorus Aerobic Open Cup 2025
30 may – 1 iyun 2025
İstanbul, Türkiyə
2025-ci il mayın 30-dan iyunun 1-dək Türkiyənin İstanbul şəhərində aerobika gimnastikası üzrə ilk dəfə təşkil olunan “1st Bosphorus Aerobic Open Cup” beynəlxalq turniri baş tutdu. Yarış, müxtəlif ölkələrdən olan gimnastların iştirakı ilə yüksək rəqabət şəraitində keçdi və aerobika gimnastikasının beynəlxalq səviyyədə inkişafına töhfə verməyi hədəfləyirdi. Turnir fərdi, üçlük, qrup və Aerodance kateqoriyalarında təşkil olunmuşdu.
Bu mötəbər turnirdə ölkəmizi və “Ocaq Sport” klubunu təmsil edən 16 gimnast uğurlu çıxışları ilə yadda qaldılar. Yarışda həm fərdi, həm də komanda növlərində medallar qazanan idmançılarımız Azərbaycan gimnastikasının inkişaf səviyyəsini bir daha nümayiş etdirdilər.
Klubumuzun təmsilçilərinin nəticələri aşağıdakı kimidir:
Mədinə İbrahimli – Fərdi çıxış
Mədinə İbrahimli, Dəniz Əliyeva, Adeliya Həşimova – Üçlük
Ayan İskəndərli, Ayan Talıbova, Təhminə İbrahimova – Üçlük
Ayan İskəndərli, Hüsna Rzayeva, Ayan Ağayeva, Rəna Məmmədova, Təhminə İbrahimova – Qrup
Təhminə İbrahimova, Aylin Nuri, Aylin Quluzadə, Ayan Talıbova, Bəsti Talıblı, Ayan İskəndərli, Nuray İsayeva, Sevda Sadıqlı – Aerodance proqramı
Qazandığımız bu nəticələr həm idmançılarımızın zəhmətinin, həm də peşəkar məşqçi heyətimizin sistemli və məqsədyönlü fəaliyyətinin bariz nümunəsidir.
“Ocaq Sport” klubu olaraq gimnastlarımızı təbrik edir, onlara gələcək beynəlxalq yarışlarda da uğurlar arzulayırıq!